Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Azərbacan yığması Malta ilə qarşılaşıb. Şimali İrlandiyada keçirilən oyunda hesabı yığmamız açıb. Amma qalan dəqiqələrdə iki qol vuran maltalılar əzmkar qələbəyə sevindilər.
Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.
Avropa çempionatı, seçmə mərhələ
9 aprel
Azərbaycan – Malta 1:2
Qol: Pərvin Səfərəliyeva, 1 – Keyli Villis, 62. İllena Faruciya, 69.
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mkmaster (Şimali İrlandiya)