Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Şamaxı" - "Neftçi" matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Newsport.az həmin müsahibəni dəqqitinizə çatdırır:
- Çox maraqlı oyun oldu. Ən azından bu, bölgə üçün bir hədiyyədir. İnsanların üzündəki sevinc heç nə ilə əvəz oluna bilməz. İlk oyun idi. "Şamaxı" komandası pis oynamadı.
- Futbolun bölgələrə qayıdışının davamı olacaq?
- Yüz faiz. Ən vacib olan işğaldan azad olunan torpaqlara futbolun qayıtmasıdır. Orada stadionların tikilməsi nəzərdə tutulur. Hər bölgənin öz komandası olacaq.
- Həmin bölgələr müəyyənləşib?
- Hər rayonda stadion tikiləcək.
- Bu, hansı müddətlə olacaq?
- O baxır maliyyəyə.
- "Keşlə" mövsümün sonunadək Bakıda məşq edəcək...
- Adaptasiya olmağa görə belə edilir. Növbəti mövsümdən tam olaraq Şamaxıya köçməyi klub rəhbərliyi bilər.