"Sabah"ın transferi: "Daha çox çalışmalı olduğumu bilirəm"

"Sabah"ın Ukraynanın "Vorskla" klubundan transfer etdiyi Lukas Rangel açıqlama verib.

Newsport.az "globo.com"a istinadən xəbər verir ki, braziliyalı hücumçu Bakı klubuna keçidi ilə bağlı bunları deyib:

"Braziliyaya gəldiyim gündən ölkə daxilindən və xaricindən təkliflər almağa başladım. Ailəm və menecerimlə birlikdə düşündük. Mövsümün sonuna qədər məni daha çox istəyən "Sabah"ın təklifini qəbul etməyə qərar verdik. Ümid edirəm ki, yaxın zamanda oynaya bilərəm. Daha çox çalışmalı olduğumu bilirəm. Ən çox sevdiyim şeyə - futbol oynamağa davam etmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, "Sabah" Lukas Rangellə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right