Mahir Emreli yığmanın yoxlama görüşlərində oynamayacaq

“Dinamo”nun forvardı Mahir Emreli Azərbaycan millisinin qarşıdakı toplanışı və yoxlama görüşlərində iştirak etməyəcək. Newsport.az xəbər verir ki, 24 yaşlı forvard Xorvatiya çempionatının “Hayduk”a qarşı keçirilən oyununda zədələnib. Klubun həkimləri isə forvardın dincəlməyə ehtiyacı olduğunu bildirib. Məhz buna görə də Emrelinin millinin düşərgəsinə qoşulmayacağı ehtimal edilir.
 
​Azərbaycan millisi toplanış çərçivəsində Malta (25 mart) və Latviya (29 mart) ilə yoxlama görüşləri keçirəcək. (Sportal.az)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right