Murad Musayev yenidən "Krasnodar"ı çalışdıra bilər.
Newsport.az "Championat.com" saytına istinadən xəbər verir ki, 38 yaşlı məşqçinin "Sabah"dan ayrılaraq "Krasnodar"ın baş məşqçi postuna keçidi realdı.
Danışıqların içində olan, amma adı açıqlanmayan şəxs Musayevin hətta danışıqlar üçün Bakını tərk etdiyini də bildirib: "Musayev "Krasnodar"ın baş məşqçi postuna əsas namizədlərdən biridi. O, danışıqlar üçün bu yaxınlarda Bakını tərk edib".
Musayev 2020-2021-ci ildə "Krasnodar"ı çalışdırmışdı. Bir müddət əvvəl Daniel Farke Rusiya klubunu bir oyuna belə çıxarmadan baş məşqçi postunu tərk etmişdi