Vüsal İsgəndərli oynadı, komandası səfərdən 1 xalla döndü

Türkiyə I Liqasında 23-cü turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" səfərdə "Boluspor"un qonağı olub. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.

Vüsal İsgəndərli qarşılaşmaya start heyətdə başlayıb və 42-ci dəqiqədə əvəzlənib.

23 turdan sonra 28 xal toplayan "Ankara Keçiörengücü" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right