Səlahət Ağayevdən "Neftçi" azarkeşlərinə orta barmaq

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sabah" - "Neftçi" matçında ara qızışıb.

Newsport.az xəbər verir ki, oyunun 2-ci hissəsində "Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu başla vurub. Bundan sonra meydan sahiblərinin qapıçlsı Səlahət Ağayev də ortaya gələrək, "Neftçi"nin futbolçularına hücum edib. Hakim həm Səlahətə, həm də Alekseyə qırmızı vərəqə verib. Onlardan başqa "Sabah"ın baş məşqçisi Murad Musayev də qırmızı vərəqə ilə cəzalandırılıb.

Hadisələr bundan sonra daha da məcrasından çıxıb. Səlahət meydanı tərk edərkən "Neftçi" azarkeşləri ona "Neftçi"nin çörəyi haramın olsun" deyə səsləniblər. Səlahət fanatlara barmaq işarəsi edib və fanatlar ona yad əşyalar atıblar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right