"Qarabağ"la oyunun nəticəsi heç kimi qane etmədi"

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın (Qazaxıstan) futbolçusu Yatsek Quralski evdə Ağdam təmsilçisinə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışıb.


Newsport.az xəbər verir ki, polşalı müdafiəçi "Super Express" nəşrinə müsahibəsində deyib:


"Uzun fasilədən sonra meydana qayıtdım. Baş məşqçi mənə 90 dəqiqə şans verdi. Bu, fantastik hiss idi. Təəssüf ki, uduzduq. Əlbəttə, yekun nəticə heç kimi qane etmədi. Buna baxmayaraq, öz oyunumdan razı qaldım. Meydana start heyətində çıxmağım və sonadək oynamağım bərpa prosesinin yaxşı keçdiyini göstərdi. Hazırda əsas işim formamı yaxşılaşdırmaq olmalıdır".

 

"Kayrat" Bakıdakı görüşdə də "Qarabağ"a eyni hesabla uduzmuşdu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right