"Sumqayıt" Ayxan Abbasovla bağlı qərar verdi

"Sumqayıt" baş məşqçisi Ayxan Abbasovla müqaviləni yenilənib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandanı çalışdıracaq.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib. “Sumqayıt” Abbasovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

Xatırladaq ki, son mövsümü 3-cü pillədə başa vuran "Sumqayıt" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah