“Neftçi” və “Aerowingo.az”ın birgə həyata keçirdiyi kampaniyanın növbəti qalibi müəyyənləşib.
Newsport.az xəbər verir ki, “Zirə” ilə oyuna onlayn bilet əldə edən və stadionun girişində biletini skan etdirərək qarşılaşmanı canlı izləyən Şahmurad Əsgərli təsadüfi seçim nəticəsində İstanbula gediş-dönüş aviabileti qazanıb.
Qalibin müəyyənləşdirilməsi prosesi “Instagram” və “Facebook” sosial şəbəkələrinin hekayə bölmələrində paylaşılıb.
Hədiyyəni Şahmurad Əsgərliyə “Aerowingo.az”ın icraçı direktoru Çingiz Piri-zadə təqdim edib.