Benyamin Şeşko "Mançester Yunayted"in Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Sabah" üzərində qazandıqları böyükhesablı qələbəni (4:0) dəyərləndirib.
Newsport.az xəbər verir ki, sloveniyalı hücumçu oyunun hər kəs üçün mükəmməl keçdiyini vurğulayıb.
"Dününürəm ki, hər şey hamı üçün ideal alındı. Xüsusilə azarkeşlər üçün. Onlar üçün bu qədər çox qol görmək vacibdir. Ümumilikdə hər şey əla alındı.
Bu, növbəti oyunlardan əvvəl bizə əlavə motivasiya verir", - deyə hücumçu bildirib.