“Kəpəz” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 12-də “Kəpəz” və “Qəbələ” komandaları arasında keçiriləcək matçın biletləri satışa çıxarılıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “sarı-göylər”in son ev oyunu ilə müqayisədə biletlərin qiymətində dəyişiklik yoxdur. Belə ki, ən ucuz biletlər 2, ən bahalılar isə 20 manata satılır. Biletləri həm “iticket.az” saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında almaq mümkündür.

“Kəpəz”in cari mövsüm doğma meydançada keçirdiyi hər iki görüşdə azarkeş sayına görə rekord qeydə alınıb. Avqustun 30-da “Turan Tovuz”la matçı 13500 tamaşaçı izlədiyi halda, sentyabrın 4-də stadiona daha çox – 15 min tamaşaçı gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right