"Turan Tovuz" yeni tərəfdaşlıq müqaviləsi imzalayıb.
Newsport.az xəbər verir ki, Tovuz təmsilçisi "PeakEye Group" şirkəti ilə əməkdaşlığa başlayıb.
Yeni sponsorluq müqaviləsinin imzalanma mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak ediblər.
Qeyd edək ki, Tovuz təmsilçisinin Müşahidə Şurasının sədri Ehtiram Quliyevin sözlərinə görə, tərəflər arasında bağlanan müqavilənin dəyəri 2 milyon ABŞ dolları təşkil edir.