“Sabah”dan 600 min avroluq transfer

“Sabah”ın yeni transferi Kristian Nvaçukvu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarka klubu “Orhus”la oyunları buraxa bilər.

Newsport.az xəbər verir ki, buna səbəb nigeriyalı vingerin hələ də bu turnir üçün sifariş olunmamasıdır.

Bundan əlavə, 20 yaşlı oyunçunun transferi üçün İngiltərə təmsilçisi “Şeffild Yunayted”ə ödənilən məbləğ də müəyyənləşib. Britaniya mətbuatının iddiasına görə, Nvaçukvunun satışı “Şeffild Yunayted”ə 600 min avro qazandırıb.

Qeyd edək ki, Kristian Nvaçukvu “Sabah”la 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right