"Neftçi"nin kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan "Dinamo" (Minsk) matçı barədə danışıb.
Newsport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi komandasının məğlubiyyətini şərh edib:
"Bu, ilk dəfə deyil. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də rahatlıq oldu. Üstünlüyü ələ keçirdikdən sonra oyunun əsas mövzusunu itirdik. Bizi bu qədər yaxşı dəstəkləyən azarkeşləri məyus etdik. Ona görə də onlardan üzr istəyirəm. Çoxlu qol şanslarımız oldu və daha yaxşı nəticə əldə edə bilərdik. İnanıram ki, cavab matçında cütün gedişatını dəyişə bilərik. Hesabda 2:0 öndə olduqdan sonra özümüzə həddindən artıq güvəndik. Oyunun taleyini həll etdiyimizi düşündük. Cavab oyununa diqqət yetirməliyik. Hələ heç nə bitməyib".
Mahmudov komandanın müdafiə planında buraxdığı səhvlərə də münasibət bildirib:
"Bu haqda bir şey deyə bilmərəm. Təkrar edirəm, görünür ki, rahatladıq. Əsas məsələ budur. Müdafiədə daha diqqətli olmalıyıq. Şanslarımızdan yararlanmalıyıq. Başımızı aşağı salmamalıyıq. Azarkeşlərə cavab oyununda ödəməli olduğumuz bir borcumuz var".
Qeyd edək ki, "Palms Sport Arena"da keçirilən ilk qarşılaşma "Neftçi"nin 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandalar arasındakı cavab oyunu iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda təşkil olunacaq.