Azərbaycan futbol tarixində yeni rekord qeydə alınıb.
Newsport.az xəbər verir ki, “Sabah”, “Qarabağ” və “Zirə” komandaları Avropa yarışlarında ardıcıl 7 qələbə qazanıblar.
Bununla təmsilçilərimiz 2017/2018-ci illər mövsümündəki rekordu yeniləyiblər. Həmin mövsüm Azərbaycan təmsilçiləri avrokuboklarda ardıcıl 6 qələbə qazanmışdılar.
Cari mövsümün startında indiyə qədər keçirilən bütün matçlarda rəqiblərini məğlub edən klublarımız ümumilikdə 17 qol vurub, 1 top buraxıblar.
“Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-i (Uels) 2:0 və 2:1, 2-ci təsnifat mərhələsində “KuPS”u (Finlandiya) 1:0, “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”ni (İslandiya) hər iki oyunda 3:0, “Zirə” isə UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.