"Kəpəz" cari transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıblar. 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Ötən mövsümü “Karvan-Yevlax” keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.