"İmişli" futbolçu Abbas Ağazadə ilə yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Abbas Ağazadə 2024-cü ildən "İmişli"də çıxış edirdi. O, bölgə təmsilçisində 50 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.
Qeyd edək ki, "İmişli" yay fasiləsində Xəzər Mahmudov, Həzrət İsayev, Elmir Rəhimzadə, Riad Abbaszadə, Orxan Fərəcov, və Lətif Rzayevlə də yolları ayırıb.