"Qarabağ" hər iki oyunda uduzdu Yenilənib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirib.

Newsport.az xəbər ki, Ağdam təmsilçisi ilk olaraq Ukraynanın Premyer Liqa təmsilçisi "Metallist 1925" (Xarkov) klubu ilə üz-üzə gəlib. Oyun Xarkov təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanovun komandası 2-ci matçında "Ferentsvaroş"la qarşılaşıb. "Qarabağ" bu dəfə 0:1 hesabı ilə Macarıstan klubuna məğlub olub. Bu oyunla "Qarabağ" Avstriya toplanışını başa vurub.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol" klubuna 4 cavabsız qolla qalib gəlib.

1 iyul

Yoxlama oyunu

15:00. "Metallist 1925" - "Qarabağ" - 6:2

Qollar: Raşitsa, 4 (pen.), Parako, 24, 45, Hacıyev, 60, Baptistella, 64, Kastilyo, 69 – Muaddib, 47, Borxes, 68 (pen.).

19:30. "Ferentsvaroş" - "Qarabağ" - 1:0

Qol: Felido, 28





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right