Millimiz Tacikistana qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb.

Millimizin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.

Xatırladaq ki, bu komandaların birinci yoxlama matçında Tacikistan yığması 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right