2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi son olaraq Premyer Liqada “Karvan-Yevlax”da çıxış etmiş Eltun Turabovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Eltun Turabov ötən mövsüm Premyer Liqada 29 qarşılaşmada meydana çıxıb və 1 qola imza atıb.