AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 26-cı turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Newsport.az xəbər verir ki, o, qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
R.Həsənov FİFA referilərindən Kamal Umudlunun "Sumqayıt" - "Neftçi" oyununda, Elçin Məsiyevin isə "Zirə" - "Şamaxı" matçında bir epizodda yanlış qərar verdiyini bildirib.
Xatırladaq ki, Rəhim Həsənov bir neçə gün əvvəl Azərbaycan kubokunun yarımfinalında keçirilən "Turan Tovuz" - "Zirə" matçında (0:2) daha bir FİFA referisi Əliyar Ağayevin 2 dəfə yanlış qərar verdiyini təsdiqləyib. Belə ki, o, "Turan Tovuz"un lehinə olan 2 penaltini təyin etməyib.