“Qələbə qazanmağa layiq idik” - Jorj Kaşkilya

“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Premyer Liqanın 26-cı turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Oyunçularımı təbrik etmək istəyirəm. Komanda doyüşkən oyun üslubuna qayıdıb. Bu tempdə davam etsək, istənilən rəqibə çətinlik yarada bilərik. İlk qolu vurana qədər oyun bizim üçün çətin keçirdi. Bütün görüş boyu taktiki cəhətdən yaxşı çıxış etdik. Müdafiədəki səhvlərimiz və Morqanın zədələnməsi səbəbilə qapımızda qol gördük. İkinci hissəyə daha rahat başladıq. 2:1 hesab ilə qalib gəlməli idik, buna layiq idik. Bu bir xal da bizim üçün çox vacibdir. İndi bütün diqqətimiz “Qəbələ” ilə oyuna yönəlib”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right