"Qarabağ" "Karvan-Yevlax"ı darmadağın etdi Yenilənib

Misli Premyer Liqasında 26-cı tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 1 matç artıq başa çatıb.

"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Karvan-Yevlax"ı qəbul edib. Ağdam təmsilçisi rəqibinə 7 cavabsız qolla qalib gəlib. Beləliklə, Qurban Qurbanovun yetirmələri cari mövsümün ən böyük hesablı qələbəsini qazanıb.

Bu komandalar arasındakı əvvəlki 2 dövrənin matçlarında Ağdam təmsilçisi 2:0 hesablı qələbələr qazanıb.

6 aprel (bazar ertəsi)

19:00. “Qarabağ” - “Karvan-Yevlax” - 7:0

Qol: Leandro Andrade, 23, Kamilo Duran, 31, Dani Bolt, 40, Abdullah Zubir, 43, Kamilo Duran, 45, Kamilo Duran, 48, Leandro Andrade, 64

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right