"Şanslar bərabərdir, qələbə üçün oynayacağıq" - "Qarabağ"ın futbolçusu final şansı haqda

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Sportal.az saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, Ağdam klubunun monteneqrolu futbolçusu komandasının ölkə kubokunun yarımfinal mərhələsinin “Sabah”a qarşı ilk görüşünü dəyərləndirib. Bununla yanaşı, Yankoviç komandasının final şanslarını qiymətləndirib:

"Öncə onu deyim ki, həmin gün stadionda İlk oyunda hər şey həll olunmadı və hər şey cavab oyununa qaldı. Şanslar bərabərdir, cavab matçında da qələbə üçün oynayacağıq.  “Sabah” kimi güclü rəqibimiz var. Onlara qarşı oynamaq həqiqətən də çətindir. Çətin cavab oyununa hazır olmalıyıq. İkinci oyundakı səhvlərimizi düzəltməliyik. Qalib gəlmək və finala çıxmaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right