Bizon Azərbaycan Kuboku: "Zirə" "Turan Tovuz"a qalib gəldi, "Qarabağ" - "Sabah" matçında sülh Yenilənib

Bu gün Bizon Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

Newsport xəbər verir ki, ilk oyunların 2-si də eyni gündə keçirilib.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib. Görüşdə "Zirə" 2:0 hesablı qələbə qazanıb. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırmışdı.

Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

Azərbaycan kuboku, ilk oyunlar

20:00. “Qarabağ” – “Sabah” 2:2 

Qollar: Umarali Raxmonaliyev, 23 (0:1), Kadi Borges, 29 (1:1), 60 (2:1), Umarali Raxmonaliyev, 65-pen. (2:2)
Tofiq Bəhramov adına Respublika Stadionu

17:30. “Turan Tovuz” – “Zirə” - 0:2

Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right