Futbol üzrə Azərbaycan II Liqasında XX tura yekun vurulub.
Newsport.az xəbər verir ki, bu gün "Xankəndi" "Palms Sports Futbol Mərkəzində "Kür-Araz"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 14:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarrını 57-yə yüksəldən "Xankəndi" çempionatın lideridir. 15 xalı olan "Kür-Araz" isə 8-ci pillədə qərarlaşıb.