Azərbaycan millisinin sabiq üzvü klubunu dəyişdi

Milli komandamızın sabiq üzvü Riçard Almeyda komandasını dəyişib.

Newsport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Primavera"dan ayrılıb.

O, D Seriyasında mübarizə aparan "XV Piraçiçaba" klubu ilə müqavilə imzalayıb.

"Qarabağ" və "Zirə"də də oynamış braziliyalı "Primavera"nın heyətində 22 matçda 2 qol vurmuşdu.

Riçard millimizin heyətində 31 matça çıxıb, 3 qola imza atmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right