"Qarabağ" afrikalı futbolçusu Kris Kuakunun Norveç klubuna transferini açıqlayıb

"Qarabağ" klubu afrikalı futbolçusu Kris Kuaku ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin Norveçin "Sarpsborq 04" klubuna keçidi ilə bağlı razlıq əldə olunub.

Fildişi Sahilindən olan oyunçu artıq tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında "Qarabağ"a transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right