FIFA Rusiya Futbol İttifaqının tələbi ilə “Ximki”nin keçmiş investoru Tufan Sadıqovu futbol fəaliyyətindən kənarlaşdırıb. Məlumata görə, bundan sonra o, futbolla əlaqəli heç bir fəaliyyət göstərə billməz.
Azərbaycanlı Tufan Sadıqov iş adamı və “Ximki”nin keçmiş investorudur. Lakin o, rəsmi olaraq klubda heç bir rəsmi vəzifə tutmayıb. 2023-cü ilin may ayında məmur “Ximki”nin büdcəsinin növbəti beş il üçün ildə 1,5 milyard rubl olduğunu bildirmişdi. Rusiyadan uzaqlaşdıqdan və “Ximki”dən ayrıldıqdan sonra o, Türkiyəyə yollanaraq “Serikspor”a rəhbərlik etməyə başlamışdı. Lakin orada da ödəmədiyi borclar əmələ gətirdikdən sonra klubdan ayrılmışdı.
Əlavə edək ki, 18 iyun 2025-ci il tarixli qərara əsasən “Ximki” klubu Moskva vilayəti tərəfindən rəsmi olaraq müflis elan edilərək fəaliyyətini dayandırıb.