Azərbaycan klubları avrokuboklarda 48 qolluq rekordunu təkrarlayıb

Azərbaycan klubları cari mövsümdə avrokuboklardakı rekordunu təkrarlayıb.
 
Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə təmsilçiləri 2025/2026 mövsümündə 48 qol vurmaqla buna nail olub.
 
Qollardan 31-i “Qarabağ”ın payına düşüb.
 
2023/2024 mövsümündə də 48 qolluq məhsuldarlıq rekordu qeydə alınmışdı.
 
Qeyd edək ki, “Qarabağ” cari mövsüm UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a uduzmaqla (1:6, 2:3) mübarizəni dayandırıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right