AFFA Region Liqası: Bakı təmsilçisi turnirdən kənarlaşdırılıb

"Bakı" TFK komandası AFFA Region Liqasından kənarlaşdırılıb.

Newsport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Paytaxt təmsilçisi "Beyləqan"la oyunda təyin olunan vaxtda meydanda olmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu hal üçüncü dəfə təkrarlandığı üçün "Bakı" TFK yarışdan uzaqlaşdırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right