“Qarabağ” geriləyib “Viktoriya”ya şərik oldu

Klubların UEFA reytinqi yenilənib.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cədvəldə geriləyib. Buna səbəb UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a səfərdəki məğlubiyyət (2:3) olub.

Bu, Ağdam klubunun 36-cı pilləyə düşməsinə gətirib çıxarıb. 13.750 əmsala malik Qurban Qurbanovun yetirmələri Çexiya klubu “Viktoriya” ilə eyni göstəriciyə malikdir.

UEFA reytinqinə 29.500 əmsalla “Arsenal” (İngiltərə) başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right