Futbol üzrə Azərbaycan II Liqasında XV turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, bu gün "Xankəndi" "Palms Sports" Futbol Mərkəzində "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 42-yə yüksəldən "Xankəndi" liderliyi ələ keçirib. 39 xalı "Qaradağ Lökbatan" isə 2-ci yerdədir.