“Qəbələ” – “Turan Tovuz” oyunu Cəlilova tapşırıldı

Misli Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyununun təyinatları açıqlanıb.

Bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right