Millimiz Tacikistana qarşı

Azərbaycan U-18 millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu - 4-cü oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdiyi yığmamız 5-ci yer uğrunda görüşdə Tacikistanla qarşılaşacaq.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək matç Bakı vaxtı ilə saat 13:20-də başlayacaq.

Xatırladaq ki, millimiz daha əvvəl Rusiyaya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa qalib gəlib - 1:0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right