“Bu, məsuliyyət məsələsi deyil” – Saşa İliç

Misli Premyer Liqasının XXI turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyunun ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. Lakin fasiləyə yaxın katastrofik vəziyyət yarandı. İkinci hissədə bir az oyunu düzəltdik, amma qələbə qazana bilmədik.

– Futbolçular sanki şanslara məsuliyyətsiz yanaşırlar… Belə şey var, ya bizə elə gəlir?
– Belə deməzdim. Sadəcə ötürmələrdə, qərarlarda səhvlik olur. Bu, məsuliyyət məsələsi deyil.

– Roy Kehatın durumu necədir?
– Hələ dəqiq nəsə deyə bilmərəm. Birinci gün dəqiq bilinəcək.

– Ardıcıl üç oyundur, qələbə qazana bilmirsiniz. Bu, avrokubok mübarizənizə necə təsir edəcək?
– Qarşıda oyunlar var. Ciddi, çətin matçlar olacaq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right