Millimiz Moldova ilə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Newsport.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Komanda Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Bildirilib ki, hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right