“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib. Yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
25 yaşlı oyunçu karyerası ərzində “Şamaxı-2”, “Keşlə”, “Səbail” klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın “Troszyn” və “Ostroleşka” kollektivlərində çıxış edib.
Qeyd edək ki, futbolçunun son klubları isə “Baku Sportinq” və “Şahdağ” olub.