"Kolambus Kryu" "Barselona"nın sabiq futbolçusunu transfer etdi

Azərbaycan millisinin üzvü Nəriman Axunzadənin yeni klubu "Kolambus Kryu" heyətinə daha bir futbolçu qatıb.

Newsport.az xəbər verir ki, bu haqda ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

"Kolambus Kryu" Portuqaiya millisinin və "Barselona"nın keçmiş futbolçusu Andre Qomeşi transfer edib. 32 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Andre Qomeş 2014-2018-ci illərdə Portuqaliya yığmasının formasını geyinib. O, milli ilə Avro-2026-nın qalibi olub. Qomeş karyerası ərzində "Benfika", "Valensiya", "Barselona", "Everton" və "Lill"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right