"Araz-Naxçıvan" braziliyalı ilə gücləndi

"Araz-Naxçıvan" futzal klubu heyətinə yeni oyunçu qatıb. 

Newsport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.  

"Araz-Naxçıvan" braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalayıb.

24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right