1-ci liqa klubu anqolalı futbolçu transfer etdi

Azərbaycan 1-ci Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bölgə təmsilçisi Finlandiyanın "Kokkolan" klubunda çıxış edən anqolalı yarımmüdafiəçi Aqostinyo Çipesseni heyətinə qatıb. Futbolçu ilə "5 ay+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right