"Qarabağ" "Turan Tovuz"u, "Neftçi" "Araz-Naxçıvan"ı "məğlub etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun gününə təyin olunan matçlar yekunlaşıb.

İlk oyunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib. Matç "Neftçi"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.

Günün son oyununu turun mərkəzi qarşılaşması adlandırmaq olar. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" hazırda 39 xalla 2-ci, bir oyun az keçirən "Turan Tovuz" isə 30 xalla 3-cüdür.

İlk dövrədə "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

1 fevral

Misli Premyer Liqası, 18-ci tur

18:30. “Qarabağ” – “Turan Tovuz” - 1:0

Qol: Abdullah Zubir, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu 

16:00. “Araz - Naxçıvan” – “Neftçi” - 0:4

Qol: İqor Ribeyro, 4, Bassala Sambu, 40, Alessio Kurçi, 84, Vensan Abubakar, 90+2
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
"Liv Bona Dea Arena" 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right