"Şamaxı" "Sabah"ın müdafiəçisini icarəyə götürdü Rəsmi

“Şamaxı” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı sağ cinah müdafiəçisi cari mövsümün sonuna qədər "Şamaxı"da çıxış edəcək.

Qeyd edək ki, Abdulla Rzayev mövsümün birinci yarısında icarə əsasında "Turan Tovuz"un formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right