Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Danimarka yerli "Midtyullann" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək Liqa mərhələsinin VIII turunun oyununu idarə edəcək.

E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, "Midtyullann" - "Dinamo" qarşılaşması yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right