Bundesliqa klubuna keçən azərbaycanlı: "Hədəflərim böyükdür"

Almaniyanın "Hamburq" klubuna keçən qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevə AFFA-ya açıqlama verib.

Newsport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi hədəflərinin böyük olduğunu deyib:

"Çox sevincliyəm, xoşbəxtəm, qürurluyam. İlk azərbaycanlı qadın futbolçuyam ki, Bundesliqada oynayacağam. "Hamburq" tarixi bir klubdur, burada yaxşı nəticə vermək, ölkəmizi daha çox tanıtmaq üçün çox çalışacağam. Hədəflərim böyükdür. Ölkəmi layiqincə təmsil edəcəyəm və gözəl uğurlara imza atacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right