"Səbail" millimizin üzvünü transfer etdi Rəsmi

I Liqada mübarizə aparan "Səbail" heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Bayıl təmsilçisi Qurban Səfərovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin üzvü ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Qurban Səfərov mövsümün ilk yarısında "Mingəçevir"in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right