AFFA-nın milliyə cəlb edə bilmədiyi forvard klubunda qaldı

AFFA-nın milli komandaya cəlb etmək istədiyi Ülvi Babayev Rusiyada qalacaq.

Newsport.az xəbər verir ki, federasiyanın yığma komandamıza cəlb edə bilmədiyi gənc futbolçu "Dinamo" ilə müqavilə müddətini artırıb.

Onun Moskva təmsilçisi ilə müqavilə müddəti 2028/2029 mövsümünün sonunadək nəzərdə tutulub.

Ötən mövsüm icarə əsasında "Krılya Sovetov"da çıxış etmiş forvard Rusiyanın U-21 yığma komandasının üzvüdür. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right