"Qarabağ" Özbəkistan "Neftçi"sinə qarşı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Qarabağ" Misli Premyer Liqasında qış fasiləsinə 36 xalla 2-ci pillədə yollanıb. Neftçi" isə Özbəkistan Superliqasının başa çatan 2025-ci il mövsümünün çempionu olub.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right