Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdmanyurdu”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Newsport.az saytının məlumatına görə, Məhmət Bakkalın istefasından sonra boş qalan baş məşqçi postuna türkiyəli mütəxəssis Bülənt Korkmaz gətirilib. Mersin təmsilçisi yeni baş məşqçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bülənt Korkmaz Azərbaycanfutbol azarkeşlərinə də yaxından tanışdır. "Qalatasaray”da məşhur çıxışı ilə yadda qalan sabiq müdafiəçi bir müddət "Bakı”nın da baş məşqçisi kimi çalışıb.